Şotlandiya millisi hələ də pley-off imkanlarını qoruyur

20 İyun, 13:30 Sosial mediada paylaşın:
Avro 2024-ün A qrupunda Şotlandiya və İsveçrə milliləri üz-üzə gəlib.
13-cü dəqiqədə Skot Maktominey britaniyalıları hesabda önə keçirib. İsveçrəlilər hesabı bərabərləşdirməyi bacarıblar. 26-cı dəqiqədə Xerdan Şaqiri diqqət mərkəzinə düşüb. 7 dəqiqə sonra İsveçrə millisinin heyətində Dan Ndoye fərqlənsə də daha sonra VAR sistemi oyundan kənar vəziyyət qeydə alıb. 2-ci hissədə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib – 1:1.  İsveçrə millisi yarışda 4-cü xalını qazanmaqla 2-ci pillədəki mövqeyini qoruyub. Avropa çempionatına böyükhesablı məğlubiyyətlə başlayan Şotlandiya seçməsi isə bu heç-heçə ilə ple-of imkanlarını qoruyub.

CANLI YAYIM