Xorvatiya - Albaniya oyununda qalib müəyyənləşmədi

20 İyun, 13:00 Sosial mediada paylaşın:
Avro 2024-ün B qrupunda Xorvatiya və Albaniya milliləri üz-üzə gəlib.
Görüşə Albaniya futbolçuları daha fəal başlayıblar və 11-ci dəqiqədə Qazim Lacinin qolu ilə heaabda irəli çıxıblar. 2-ci yarıda hücumlarını gücləndirən nominal meydan sahibləri 74-cü dəqiqədə istəklərinə çatıblar. Andrey Kramariç diqqət mərkəzinə düşüb. 2 dəqiqə sonra Xorvatiya yığması hesabda önə keçib. Rəqib yarəmmüdafiəçi Klaus Qyasula avtoqol müəllifi olub.Buna baxmayaraq 34 yaşlı futbolçu səhvini düzəltməyi bacarıb. Qyasula əlavə vaxtda yekun nəticəni müəyyənləşdirib: Xorvatiya-Albaniya 2-2. Beləliklə ilk oyunlarında uduzan Hər iki milli turnirdə ilk xallarını qazanıb. 

CANLI YAYIM