Almaniya millisi 1/8 finala yüksələn ilk komanda oldu

20 İyun, 12:00 Sosial mediada paylaşın:
Avro 2024-də qrup mərhələsinin 2-ci turuna start verilib.
Meydan sahibi Almaniya millisi Macarıstan yığması ilə qarşılaşıb. Görüşə ardıcıl hücumlarla başlayan Bundestim 22-ci dəqiqədə istəyinə çatıb. İlkay Gündoğanın ötürməsi i lazımınca dəyərləndirən Camal Musiala hesabı açıb. Hissəyə əlavə olunan vaxtda Macarıstan seçməsinin heyətində Rolan Salayi fərqlənsə də daha sonra VAR sistemi oyundankənar vəziyyət qeydə alıb. 2-ci yarıda almaniyalılar daha bir qol vurublar. Bu dəfə İlkay Gündoğan diqqət mərkəzinə düşüb. Oyunda başqa qol olmayıb. Almaniya-Macarıstan 2-0. Bir nəticədən sonra Almaniya millisi xallarının sayəsində 6-ya çatdırıb və pley-of mərhələsinə yüksəlib. Keçirdiyi hər 2 oyunda məğlub olan Macarıstan yığması isə A qrupunun autsayderidir.

CANLI YAYIM