"Zirə" "Kəpəz"in legionerini heyətinə qatıb

13 İyun, 13:00 Sosial mediada paylaşın:
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Qəsəbə təmsilçisi “Kəpəz”in üzvü Martins Juniorla anlaşıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib. “Qartallar” bu
transfer üçün “sarı-göylər”ə 100 min manat təzminat ödəyib. Braziliyalı yarımmüdafiəçi cari mövsüm Gəncə klubunun heyətində Premyer Liqada 32 oyun keçirib və 8 qol vurub. Martinsin aktivində beş məhsuldar ötürmə var.

CANLI YAYIM