Millmiz Qazaxıstan yığması üzərində əzmkar qələbə qazanıb

12 İyun, 12:15 Sosial mediada paylaşın:
Macarıstanda təlim-məşq toplanışında olan futbolçularımız sonuncu yoxlama oyununa çıxıblar.
İlk qarşılaşmada Albaniya seçməsinə 1:3 hesabilə uduzan komandamız bu dəfə Qazaxıstan yığmasıyla qarşılaşıb. Matç futbolçularımız üçün heç də yaxşı başlamayıb. Rəqib 2-ci dəqiqədə hesabı açıb. Yan Voroqovski topu yaxın məsafədən qapıya vurub. 28-ci dəqiqədə fərq artıb. Bu dəfə Maksim Samorodovun zərbəsi dəqiq alınıb. Fasiləyə ərəfəsində Mahir Emreli qollardan birinin əvəzini çıxıb. 26 yaşlı futbolçumuz 2 illik fasilədən sonra milinin heyətində qol vurub. İlk hissə Qazaxıstan futbolçularının üstünlüyü ilə bitib - 2:1. Komandamız təslim olmayaraq daha 2 qol vura bilib. 49-cu dəqiqədə Mahir Emreliyə qarşı kobudluğa görə Qazaxıstan seçməsinin qapısına penalti təyin edilib. Kapitan Emin Mahmudov hədəfdən yayınmayaraq tarazlığı bərpa edib. 32 yaşlı futbolçu millinin heyətində 14-cü qolu vuraraq bu göstəricidə seçməmizin ən sərrast oyunçusu Qurban Qurbanova çatıb. Futbolçularımız 3-cü qolu da standart vəziyyətdən vurublar. 73-cü dəqiqədə Toral Bayramov gözəl zərbəylə komandamıza qələbə qazandırıb:  Azərbaycan – Qazaxıstan 3:2.

CANLI YAYIM