Rəhim Sadıxov "Zirə"dən ayrılıb

11 İyun, 13:00 Sosial mediada paylaşın:
“Zirə”də növbəti ayrılıq gerçəkləşib. 
Qəsəbə təmsilçisi Rəhim Sadıxovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçuyla klub arasında imzalanmış müqavilə başa çatıb. Qeyd edək ki, "Zirə" daha əvvəl Dimitrios Çantakias, İlkin Muradov, Sezar Meza Kolli və Vladislav Kulaçla yollarını ayırıb.

CANLI YAYIM