Milli komandamız bu gün Qazaxıstan seçməsi ilə qarşılaşacaq

11 İyun, 12:00 Sosial mediada paylaşın:
Milli komandamız Macarıstanda növbəti yoldaşlıq oyununa çıxacaq.
İlk oyunda Albaniya seçməsinə uduzan futbolçularımız bu dəfə Qazaxıstan yığması ilə üz-üzə gələcəklər. Görüşdən öncə millimizin məşqçisi Arif Əsədov matçla bağlı fikirlərini bildirib. O, Albaniya ilə oyundan sonra Qazaxıstan oyununa hazırlaşmaq üçün az vaxtlarının olduğunu söyləyib: "Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq. Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdi. Onlarla bağlı yekun qərara hələ verilməyib. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər. Hücumda çıxış etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacağıq. Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə oyunlar da olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”. Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-də Macarıstanın Sombatxey şəhərindəki “Haladaş İdman Kompleksində keçiriləcək.Görüş saat 18:00-də başlanacaq

CANLI YAYIM