Yunan-Roma güləşçilərimiz reytinq turnirində iki qızıl medal qazanıb

10 İyun, 11:00 Sosial mediada paylaşın:
Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.
Yarışın sonuncu günündə Eldəniz Əzizli (55 kiloqram) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (9:0) qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həsrət Cəfərov (72 kiloqram) isə həlledici mərhələdə misirli Mustafa Alameldini 5:2 hesabı ilə məğlub edərək çempion tituluna yiyələnib.
Sənan Süleymanov (77 kiloqram) isə yarımfinalda yaponiyalı Nao Kusakaya yenilib - 1:2.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc mükafat qazanıb.

CANLI YAYIM