Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

3 Sentyabr, 09:08 Sosial mediada paylaşın:
Azərbaycan güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatında finala yüksəlib.
O, 1/8 finalda serbiyalı Andriya Mixaloviç, 1/4 finalda ermənistanlı Ruben Gevorqyan, yarımfinalda isə qazaxıstanlı Temirlan Turdakin üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Səmədovun finaldakı rəqibi qırğızıstanlı Asan Janişov olacaq.
Digər güləşçilərimizdən Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq) və Məzaim Mərdanov (130 kq) isə bürünc medal uğrunda görüşə çxıacaq.
Qeyd edək ki, medal uğrunda görüşlər sabah keçiriləcək.

CANLI YAYIM