Paris Yay Olimipiya Oyunlarında Azərbaycan komandası daha bir medal qazanıb.
Yunan-Roma güləşçi üzrə millimizin üzvü Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxıb. 67 kq çəki dərəcəsində qüvvəsini slnayan pəhləvanımız qırğızıstanlı Amantur İsmayılovla qarşılaşıb. Görüş Həsrət Cəfərovun 8-0 hesablı qələbəsilə yekunlaşıb. Xatırlladaq ki, 1/8 final mərhələsidən mübarizəyə qoşualan Həsrət ilk görüşündə misiri Mohamed Elsayedi, daha sonra
moldovalı Valentin Petiçə qalib gəlmişdi. Finala gedən yolda isə Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla bacarmamışdı.