Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilərin dünya birinciliyi davam edir.
Yunan-Roma güləşi üzrə yığmamızın heyətində 55 kq çəki dərəcəsində qüvvəsini sınayan Rəşad Məmmədov gümüş medal əldə edib. Komandamızın digər üzvü, 77 kqda çəi dəcəsində yarışan Xasay Həsənli isə bürünc mükafata sahib olub. Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən daha əvvəl Nihad Quluzadə də fəxri kürsünü 3-cü pilləsinə qalxmışdı.