Sənan Süleymanov bürünc medal görüşünə çıxacaq

7 Avqust, 12:05 Sosial mediada paylaşın:
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov bu gün Paris-2024-də bürünc medal görüşünə çıxacaq.
77 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.
Sənan yarımfinalda Ceyr Aleksis Kyero Munoz (Kolumbiya) - Akzol Mahmudov (Qırğızıstan) görüşünün güclüsü ilə qarşılaşacaq.
20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Sənanın da çəkisində medalllar uğrunda yarışlar başlayacaq.
Xatırladaq ki, Sənan ötən gün 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla görüşdə zədə almasına baxmayaraq, mübarizəni sonadək davam etdirib və 2:0 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. S.Süleymanov bu dəfə isə  Zoltan Levaiyə (Macarıstan) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Görüş qazax güləşçinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Sənan Süleymanov dünya çempionatının ikiqat gümüş mükafatçısı (2021, 2022) və Avropa çempionudur (2020). O, qitə çempionatında 2 dəfə bürünc medal da qazanıb. 

CANLI YAYIM