Minifutbol millimiz 1/4 finalda mübarizəni dayandırdı

7 İyun, 11:30 Sosial mediada paylaşın:
Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.
Yarışa hazırki qitə çempionu kimi qatılan milli komandamız titulunu qoruya bilməyib. Futbolçularımız 1/4 finalda Qazaxıstan təmsilçiləri ilə üz-üzə gəliblər. Qarşılıqlı hücümlar şəraitində keçən görüşdə hesab açılmayıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Burda isə Qazaxıstan kollektivi daha dəqiq olub. 7-ci zərbədə futbolçumuzun topu qapının üstündən vurması həlledici olub. Beləliklə penalti seriyasında məğlub olan komandamız Avropa çempionatında çıxışını 1/4 finalda başa vurub. Xatırldaq ki, millimiz qrup mərhələsində Belçika, İtaliya və Fransa yığmalarına, 1/8 finalda isə Bolqarıstan seçməsinə qalib gəlmişdi.

CANLI YAYIM