Minifutbol millimiz Avropa çempionatında 1/4 finala yüksəldi

6 İyun, 11:00 Sosial mediada paylaşın:
Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Qrup mərhələsində Belçika, İtaliya və Fransa seçmələrini məğlub edən milli komandamız pley-ofda Bolqarıstan yığması ilə qarşılaşıb. 
7-ci dəqiqəsə komandamız heaabı açıb. Ramiz Çovdarov diqqət mərkəzinə düşüb. Bu qoldan sonra hücumlarını gücləndirən Bolqarıstan futbolçuları tarazlığı bərpa ediblər. 2-ci hissə isə tamamilə komandamızın üstünlüyü şəraitində keçib. 30-cu dəqiqədə Təmkin Xəlilzadə, 15 dəqiqə sonra isə Rəvan Kərimov fərqlənib. Beləliklə millimiz 3-1 heaablı qələbə ilə 1/4 finala adlayıb. Yığmamızın bu mərhələdə rəqibi Qazaxıstan seçməsi olacaq. 

CANLI YAYIM