Türkiyə heç-heçə etdi, Portuqaliya böyükhesablı qələbə qazandı

5 İyun, 12:15 Sosial mediada paylaşın:
Avropa çempionatında Gürcüstan, Portuqaliya və Çexiya yığmaları ilə  F qrupunda mübarizə aparacaq Türkiyə millisi turnirin hazırkı qalibi İtaliya seçməsi qarşılaşıb. Boloniya şəhərində təşkil olunan yoldaşlıq oyununda qalib müəyyənləşməyib. Hər iki komandanın bir neçə epizodda qol vurmaq imkanı olsa da, hesab açılmayıb.
 Portuliya seçməsi isə Finalndiya komandasına qalib gəlib. Kriştiano Ronaldunun çıxış etmədiyi matçda ilk qol 17-ci dəqiqəyə təsadüf edib. Ruben Diaş Portuliya millisini hesabda irəli çıxarıb. İlk hissənin sonunda Dioqu Jota penaltidən fərqlənib.  Görüşün 53-cü dəıqiqəsində Bruno Fernandeş 3-cü topu finlərin qapısından keçirib. Bundan sonra təşəbbüsə yiyələnən Skandinaviya təmsilçisi ardıcıl iki qol vuraraq fərqi miniuma endirib. Dubl edən Teemu Pukki komanasını ümidləndirib. Lakin Finlandiya yığmasının bundan artığına gücü çatmayıb. Əvəzində Bruno Fernandeş növbəti dəfə rəqibi məyus edərək yekun nəticəni müəyyənləşdirib:   Portuqaliya – Finlandiya  4:2.
Avro-2024-ün iştirakçılarından olan Macarıstan seşməsi isə məğlub olub. Mərkəzi avropalılar İrlandiya millisi ilə bacarmayıblar. Adam Ayda 36-cı dəqiqədə hesabı açıb. Fasilə ərəfəsində Adam Lanq bərabərliyi təmin edib. Matçın son dəqiqəsində isə Troy Parrott qələbə qolunun müəllifi olub:  İrlandiya – Macarıstan 2:1. 

CANLI YAYIM