Qadın futbolçularımız seçmə mərhələdə ilk qələbəsini qazanıb

5 İyun, 12:00 Sosial mediada paylaşın:
Qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində 4-cü oyuna çıxıb.
Komandamız “Liv Bona Dea” stadionunda qardaş Türkiyə seçməsini qəbul edib. Səfərdə rəqibinə minimal hesabla uduzan futbolçularımız məğlubiyyətin əvəzini çıxıblar. Gərgin mübarizənin taleyinə sona yaxın aydınlıq gəlib. Vaxtın yekunlaşmasına 1 dəqiqə qalmış Yeliz Açarın yerinə yetirdiyi küncdən zərbədən sonra Nigar Mirzəliyeva topu başla qapıdan keçirib. Bu qolla millimiz qrupda 1 heç-heçə, 2 məğlubiyyətdən sonra ilk qələbəni qazanıb. Uğura baxmayaraq, Siyasət Əsgərovun komandası eyni miqdarda - 4 xal toplayan Macarıstan kollektivindən sonra sonuncudur. Türkiyə millisi 6 xalla 2-ci, İsveçrə yığması 9 xalla 1-ci sıradadır. Millimiz iyunun 12-si Macarıstan seçməsini qəbul edəcək. 4 gün sonra isə qrupun sonuncu matçında İsveçrə komandasının qonağı olacaq.

CANLI YAYIM