Minifutbol üzrə millimiz qrup mərhələsində maksimum nəticə göstərdi

5 İyun, 11:00 Sosial mediada paylaşın:
Bosniya Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatı davam edir.  
“Idman TV”də canlı yayımlanan qitə yarışında qrup mərhələsinin sonuncu oyunları olub. F qrupunda mübarizə aparan millimiz 3-cü matçda Fransa komandasıyla üz-üzə gəlib. Startda Belçika seçməsini 3:0, İtaliya kollektivini isə 2:1 hesabilə məğlub edən futbolçularımız fransızlardan da üstün olublar. Millimiz bu dəfə 3:1 hesabilə qalib gəlib. Komandamızın heyətində Mirkamil Əliyev, Ramiz Çovdarov və Vüsal İsayev fərqlənib. Rəqibin heyətində yeganə qolu isə Sedrik Sino vurub. Bu nəticəylə millimiz F qrupunu maksimum nəticəylə tamamlayaraq lider kimi 1/8 finala yüksəlib. 
Əlavə edək ki, Avropa çempionatının 1/8 finalında Azərbaycan – Bolqarıstan oyunu bu gün saat 19:30-dan “İdman TV”də canlı yayımlanacaq.

CANLI YAYIM