"Real Madrid" "Barselona"ya qalib gələrək finala yüksəlib

3 İyun, 12:30 Sosial mediada paylaşın:
Basketbol üzrə İspaniya çempionatında ilk finalçı müəyyənləşib.
Yarımfinal seriyasının ilk iki oyuinunda doğma meydanda “Barselona”nı məğlub edən “Real Madrid” səfərdə də azarkeşlərini sevindirib.  Matçın ilk periodunda 5 dəqiq 3-lük sayəsində “Barsa”nı çətin vəziyyətə salan Çus Mateonun komandası fasiləyə 4 xallıq üstünlüklə yollanıb. 3-cü bölümdən etibarən katalonlar daha aqressiv oyunu ilə yadda qalıb. Hətta 4-cü periodda  Rocer Qrimaonun komandası hesabda önə keçməyi də bacarıb. Amma seriya boyunca hazırkı çempiona çətin anlar yaşadan “Real”ın argentialı oyun qurucusu Fakundo Kompatso matçın sonlarında vəziyyəti komandasının xeyrinə dəyişə bilib. Nəticədə “Barselona”ya 95:92 hesabıyla qalib gələn “Real Madrid” ardıcıl 4-cü mövsüm İspaniya çempionatının finalına yüksəlib.  “Barsa” isə 5 ildən sonra finaldan kənarda qalıb. Xatırladaq ki, İspaniya çempionatında 17 dəfə çempionluq sevinci yaşayan katalonlar bu mənada ən yaxşı göstəriciyə malikdir. “Kral klubu” isə 14 dəfə liqanın qalibi olub. Həlledici seriyada “Real” “Mursiya” – “Unikaxa Malaqa” cütünün qalibi ilə oynayacaq. Hazırda seriyada Mursiya basketbolçuları 2:1 hesabı ilə öndədir. 

CANLI YAYIM