Basketbol üzrə Avroliqada 3-cü tura yekun vurulub.
İlk iki turda azarkeşlərini qələbə ilə sevindirən “Monako” “Palau blau qrana”da “Barselona”nın qonağı olub. Görüş İspaniya təmsilçisinin üstünlüyü şəraitində keçib. İlk periodu “Barsa” 26:18 hesabı ilə öndə başa vurub. İkinci bölümdə də oyuna nəzarət edən kataloniyalılar fasiləyə 8 xal fərqli üstünlüklə yollanıb. İkinci hissədə də ssenari dəyişməyib. 3-cü period başlanan kimi “Barselona” fərqi daha da artırıb. Son bölümdə “Monako” fərqi azaltmağa çalışsa da, istəyinə nail ola bilməyib. Nəticədə “Barsa” “Knyazlıq klubu”nu 86:71 hesabı ilə məğlub edib. Görüşün ən məhsuldar oyunçusu Kevin Panter olub. “Barselona”nın amerikalı üzvü meydanı 21 xalla tərk edib. Beləliklə, 3 turdan sonra “Srvena Zvezda” 100 faizlik göstərici ilə lider mövqeyində qərarlaşıb. Daha 8 komanda 2 xalla 2-9-cu pillələri bölüşür. “Virtus Bolonya” isə çempionatda qələbəsi olmayan yeganə komandadır.