Avroliqada 6-cı tura yekun vuruldu

31 Oktyabr, 12:45 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 6-cı tura yekun vurulub.
Mövsümə uğurla start verən “Jalgiris” növbəti dəfə azarkeşlərini sevindirib. Hərçənd Kaunasda “Srvena Zvezda”nı qəbul edən Litva təmsilçisi oyun boyunca rəqibinin ciddi müqaviməti ilə üzləşib.  Andrea Trinkierinin komandası ilk hissəni 12 xal fərqilə öndə başa vursa da, fasilədən sonra Serbiya klubu hesab arasında fərqi azalda bilib. Buna baxmayaraq meydan sahibləri sonda istəyinə nail olub: Jalgiris – Srvena Zvezda 86:84. Görüşün ən məhsuldar oyunuçusu Deyvidas Sirvidis olub. “Jalgiris”in oyun qurucusu meydanı 17 xalla tərk edib.   Hazırkı çempion “Panatinaikos” isə çempionatın autsayderlərindən olan “Lion Villerban”ın öhdəsindən asanlıqla gəlib.  4 periodun hamısında xal hesabında rəqibindən üstün olan Ergin Atamanın komandası sonda 92:68 hesabı ilə qalib gəlib. “Panatinaikos”un heyətində 17 xal toplayan Lorentso Braun komandasının qələbəsində böyük pay sahibi olub.  Təcrübəli mütəxəssis Qordon Herbertin gəlişindən sonra iddiasını artıran “Bayern Münxen”Bolonyada “Virtus”u 87:84 hesabı ilə məğlub edib. “Monako” isə Belqradda “Partizan”a 79:74 hesabı ilə qalib gəlib. Beləliklə də, 6 turdan sonra hərəyə 5 qələbə qazanan “Barselona” ilə “Jalgiris” ilk 2 pilləni bölüşdürür. “Panatinaikos”, “Baskoniya”, “Monako”, “Fənərbağça” və “Bayern” 4 qələbə ilə müvafiq olaraq 3-cü 7-ci sıralarda qərarlaşıb.

CANLI YAYIM