Azərbaycan qılıncoynadanı Anna Başta Paris Olimpiadasına lisenziya qazanıb

29 May, 12:00 Sosial mediada paylaşın:
Qılıncoynadanımız Anna Başta da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.İdmançımız bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. O, Beynəlxalq Qılıncoynatma Federasiyasının universal lisenziyasını əldə edib.Anna Başta Avropa çempionatı, Dünya Kuboku və Qran-prilərdə çıxışları sayəsində bu hüquqa sahib olub: “Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsində zədəyə görə olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Beynəlxalq qılıncoynatma federasiyasına təşəkkürümü bildirirəm. Avropa çempionatında qələbə, Dünya Kuboku və Qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”, - deyə idmançı vurğulayıb.

CANLI YAYIM