Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu olub.
“Sərhədçi” İdman Mərkəzində “Sabah” və “Xəzri” komandaları üz-üzə gəlib. “Xəzri” görüşün əvvəlindən təşəbbüsə yiyələnərək üstünlük qazanıb. Digər bölümlərdə inamlı çıxışını davam etdirən komanda yekunda 95:70 hesabilə qalib gəlib. “Xəzri”nin heyətində Ceremi Maklaflin 20 xal, 5 ribaundla qələbədə mühüm rol oynayıb. Qeyd edək ki, komandalar 3 qələbəyə qədər mübarizə aparacaqlar. 2-ci oyun mayın 19-u keçiriləcək.