Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda ilk oyun keçirilib.
“NTD- İndiqo” – “Xırdalan”la qarşılaşıb. Böyük fasiləyə 2 xal fərqlə öndə yollanan Xaçmaz klubu 3-cü və 4-cü dövrələrdə üstünlüyünü daha da artırıb. Nəticədə “NTD-İndiqo” 95:79 hesablı qələbə qazanıb. Seriyanın ikinci oyunu mayın 18-də keçiriləcək. İki matçın yekununda qalib müəyyənləşməsə, üçüncü qarşılaşma mayın 21-də təşkil olunacaq. Xatırladaq ki, bu gün final seriyasının ilk oyununda "Xəzri" və "Sabah" kollektivləri üz-üzə gələcək.