Kişi basketbolçuların Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.
Sərhədçi İdman Mərkəzində oynanılan görüşdə ötən mövsümün qalibi - "Sabah" "Xırdalan"ı qəbul edib. Qarşılaşma nominal meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk perioddan etibarən önə çıxan "Sabah" təşəbbüsü sona qədər əldən verməyərək rəqibini 101:85 hesabı ilə məğlub edib. Kivon Devenport 24 xalla diqqət mərkəzinə düşüb. "Xırdalan"ın heyətində isə Teyvion Körk 27 xalla yadda qalıb. Beləliklə, "Sabah" seriyada önə keçib - 1:0. Rimas Kurtinaytisin komandası növbəti matçda qalib gələcəyi halda finala yüksələcək.
Qeyd edək ki, bu gün Azərbaycan Basketbol Liqasında yarımfinalın digər seriyasına start veriləcək.19:30-a təyin olunan oyunda "NTD-İndiqo" və "Xəzri" üz-üzə gələcək.