Kişi basketbolçuların Azərbaycan çempionatında "play-off" mərhələsinin növbəti görüşü keçirilib.
"Xəzri" "Sərhədçi"ni qəbul edib. İlk perioddan etibarən təşəbbüsü ələ keçirən nominal meydan sahibləri üstünlüyü sona qədər qoruya biliblər. Yekunda 98:64 hesabı ilə qələbə qazanan "Xəzri" seriyada önə keçib - 1:0. Ceremi Maklaflin 35 xal, 12 ribaundla qarşılaşmanın ən məhsuldar basketbolçusu olub. "Sərhədçi"nin heyətində isə Keyleb Hanter 14 xalla yadda qalıb.
"Xəzri" - "Sərhədçi" seriyasında növbəti matç mayın 3-də keçiriləcək. Bu gün isə "Neftçi" və "Xırdalan" arasında ikinci qarşılaşma oynanılacaq. Qeyd edək ki, iki qələbə qazanan komandalar yarımfinala yüksələcəklər.