Formula 1-də komanda limiti azaldıla bilər

15 Aprel, 09:30 Sosial mediada paylaşın:
Formula 1 komandaları çempionatda iştirakçı kollektivlərin sayı ilə bağlı reqlamentin dəyişdirilməsini istəyir.
Avropa mətbuatının məlumatına görə, funksionerlər 10 komandalıq limit tərəfdarıdır. Hazırkı əsasnaməyə görə isə, mövsümdə 12 komanda mübarizə apara bilər. Komanda rəhbərləri gəlirlərin azaldılmaması üçün belə bir təşəbbüs göstərir. Məsələ ondadır ki, iştirakçıların sayı çoxalsa, hər komanda bir qədər az qazanc əldə edəcək. hazırda çempionata qoşulmaq istəyən namizədlər var. Məsələn, “Andretti” komandası 2026-cı ildən Formula 1-də təmsil olunmağa çalışır.Amerika Birləşmiş Ştatlarından olan komanda artıq FİA-ya ərizə ilə müraciət də edib. Komandalar reqlamenti dəyişə bilsə, hər hansıa bir kollektiv Formula 1-i tərk etməyənə qədər “Andretti” mübarizədən kənarda qalacaq.

CANLI YAYIM