Formula 1 üzrə mövsümün 21-ci Qran-Prisinə yekun vurulub.
Braziliyanın San Paulu şəhərinim İnterlaqos avtodrumunda keçirilən final mərhələsində sürət həvəskarları maraqlı mübarizənin şahidi olub. Yarışa 16-cı sıradan start verməsinə baxmayaraq, “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen rəqiblərini geridə qoymağı bacarıb. Nəticədə 3 qat dünya çempionu 71 dövrəni 2 saat 6 dəqiqə 54 saniyəyə qət edərək bu mövsüm 8-ci, ümumilikdə isə 62-ci dəfə finiş xəttini birinci keçib. Ondan 19,4 saniyə geri qalan “Alpin” sürücüsü Esteban Okon 2-ci ən yaxşı nəticəni göstərib. Fransalı pilotun komanda yoldaşı Pyer Qasli 3-cü yerə çıxıb. O, finiş xəttini liderdən 22,5 saniyə sonra sonra keçib. Yarışın gedişində “Haas”dan Niko Hyulkenberq, “Uilyams”dan Franko Kolapinto və “Ferrari”dən Karlos Sayns müxtəlif səbəblərdən mübarizəni yarımçıq dayandırıb. “Uilyams” üzvü Aleks Albonla “Aston Martin” sürücüsü Lens Stroll isə start götürə bilməyib. Beləliklə də, 21 mərhələdən sonra 393 xal toplayan Maks Ferstappen zirvədəki mövqeyini möhkəmlədib. “Maklaren”in üzve Lando Norrisi 62 xal fərqilə qabaqlayan niderlandlı pilot noyabrın 23-də Las Veqas Qran-prisində britaniyalı rəqibini geridə qoysa, çempionluğunu rəsmiləşdirəcək. Mühəndislər Kubokuna isə 593 xalla “Maklaren” başçılıq edir. 557 xal toplayan “Ferrari” ikinci, 544 xalı olan “Red Bull” isə 3-cüdür.