Fettellə Şumaxer Çempionlar Yarışına qatılacaq

17 Oktyabr, 11:35 Sosial mediada paylaşın:
Sabiq Formula 1 pilotları Sebastyan Fettellə Mik Şumaxer Çempionlar Yarışında iştirak edəcək. 
Turnir gələn ilin martın 7-si və 8-də Avstraliyanın Sidney şəhərində keçiriləcək. Hər iki pilot mətbuata açıqlamasında bu yarışa qatılacaqlarına görə şad olduqlarını söyləyiblər.  Qeyd edək ki, Fettell “Red Bull” komandası ilə 4 dəfə Formula 1 çempionu olub. Almaniyalı pilot 2022-ci ilin sonunda karyerasını başa vurub. Mixael Şumaxerin oğlu Mik isə həmin ilin sonunda “Haas” komandası ilə vidalaşdıqdan sonra özünə komanda tapa bilməyib.  Çempionlar Yarışına gəlincə, bu turnir 1988-ci ildən keçirilir. Bu yarışın son qalibi isveçli Mattias Ekström olub.

CANLI YAYIM