"Xəzri" Sumqayıt səfərindən məğlubiyyətlə qayıtdı

6 Aprel, 09:25 Sosial mediada paylaşın:
Basketbol Liqasında liderlər qrupunda qərarlaşan komandalardan “Xəzri” 16-cı turda Sumqayıta səfər edib.
Şəhərin eyni adlı klubu  ilə qarşılaşan “Xəzri” basketbolçuları rəqiblərnin ciddi müqavimətilə üzləşiblər. Bərabərdsəviyyəfə keçən ilk periodda tərəflər hərəyə 22 xal toplayıb. İkinci hissədə dəqiq atışlar hesabında  xallar qazanan meydan sahibləri böyük fasiləyə üstün yollanıblar. 43:36. 3-cü perioda Bakı klubu təşəbbüsə yiyələnib. Lakin onlar yekunda uğur qazanan bilməyiblər. Beləliklə, gərgin mübarizə “Sumqayıt”ın 84:77 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə “Gənclik şəhəri” təmsilçisinin pley-offa yüksəlmək imkanlarını artırıb. Məğlubiyyət isə “Xəzri”nin ilk pilləyə yüksəlməsinə imkan verməyib. Hesabında 29 xal olan “Sabah” və “Xəzri” ilk iki pilləni bölüşür. Xallarının sayını 16-a çatdıran “Sumqayıt” isə 7-ci yerdə qərarlaşıb.

CANLI YAYIM