Formula 1 nümayəndələrinin sərvəti açıqlandı

4 Aprel, 09:30 Sosial mediada paylaşın:
Nüfuzlu “Forbs” nəşri Formula 1-də məşhurlaşan şəxslərin sərvəti ilə bağlı yeni siyahı tərtib edib. Reytinqə “Red Bull komandasının yaradıcısı Ditrix Mateşitsin oğlu Mark Mateşits başçılıq edir. Avstriyalı funksionerin sərvəti 39,6 milyard dollarla ölçülür. “Ferrari”nin yaradıcısı Entso Ferrarinin oğlu Pyeronun adı isə ikinci sıradadır. Skuderiyalıların vitse-prezidentinin əmlakı 8,6 milyard dollara bərabərdir. 3-cü sırada isə Lourens Stroll qərarlaşıb. “Aston Martin” komandasının sahibiniun 3,9 milyard dollarlıq sərvəti mövcuddur. “Maklaren”in sərmayədarı Maykl Latifinin hesabında  isə 3,4 milyard dollar var. Formula 1-in sabiq sahibi Berni Ekklstoun 2,4 milyard dolları ilə öyünə bilər. “Mersedes”in rəhbəri Toto Volf isə 1,6 milyard dollar sərvəti ilə siyahıda sonuncu pillədə qərarlaşıb.

CANLI YAYIM