U-21 millimiz ukraynalı yaşıdlarına məğlub oldu

27 Mart, 12:30 Sosial mediada paylaşın:
21 yaşadək futbolçulardan ibarət komandamız Avropa birinciliyinin seçmə mərhələsində 6-cı oyuna çıxıb.
Seçməmiz Azərsun Arenada ukraynalı yaşıdlarını qəbul edib. 25-ci dəqiqədə qonaqlar hesabı açıblar. Aleksandr Yatsık diqqət mərkəzinə düşüb. Fasilə ərəfəsində Oleq Oçeretko fərqi artırıb. Komandamız fasilədən sonra da dönüş edə bilməyib. 56-cı dəqiqədə Ukrayna futbolçuları daha bir qol vuraraq yekun nəticəni müəyyənləşdiriblər. Valentin Rıbçinski son nöqtəni qoyub. Azərbaycan - Ukrayna 0:3. Gənc Futbolçylarımız hazırda 3 xalla F qrupunun autsayderidir. 6 görüşdə maksinum nəticə göstərən Ukrayna seçməsi isə 18 xalla liderdir.

CANLI YAYIM