Sarri "Latsio"dan, Benites "Selta"dan getdi

11 Mart, 10:30 Sosial mediada paylaşın:
İtaliya mütəxəssis Mauritsio Sarri “Latsio”dan gedib. 2021-ci ildən Roma təmsilçisinə rəhbərlik edən Sarrinin klubla müqaviləsi 2025-ci ilin yayına qədər idi. Qeyd edək ki, “Latsio” hazırda İtaliya A seriyasında 40 xalla 9-cu yerdədir. Komanda UEFA Çempionlar Liqasında mübarizəni dayandırsa da, ölkə kubokunda yarımfinaldadır.
“Selta” da baş məşqçisi Rafael Beniteslə yolları ayırıb. Bu qərar Viqo klubunun “Real Madrid”ə 0:4 hesablı məğlubiyyətindən sonra qəbul olunub. Benites ötən ilin yayından “Selta”da işləyirdi. Onun müqaviləsi 2026-cı ilin yayına qədər idi.

CANLI YAYIM