"Qarabağ"dan tarixi nəticə!

23 Fevral, 11:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında mübarizə aparan təmsilçimiz “Qarabağ” 1/16 final mərhələsinin cavab oyununa çıxıb.
Komandamız Tofiq Bəhrəmov adına Respublika stadionunda “Braqa” klubu ilə üz-üzə gəlib. İlk dəqiqələrdən Portuqaliya təmsilçisi hücuma atılsa da real qol vəziyyəti yarada bilməyib. Əvəzində fasilə ərəfəsində “Qarabağ” futbolçuları bir nəçə epizodda fərqlənməyə yaxın olublar. 37ci dəqiqədə görüşün ən yaxşılarından olan Marko Veşoviç sağ cinahdan irəliləyərək qapıya zərbə endirib. Lakin “Braqa”nın qapıçısı Mateuş inamlı təsir bağışlayıb. 41-ci dəqiqədə Leandro Andrade təkbətək qol epizodundan lazımınca istifadə edə bilməyib. 2-ci hissəyə də qonaqlar daha fəal başlayıblar. 57-ci dəqiqədə “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev 2-ci dəfə sarı vərəqə ilə cəzalanaraq oyundan kənarlaşdırılıb. Bu qərara etiraz edən Qurban Qurbanova da sarı vərəqə göstərilib. 70-ci dəqiqədə qonaq komanda hesabı açıb. Rojer Fernandeş diqqət mərkəzinə düşüb. 83-cü dəqiqədə Alvaro Calo 2-ci topu “Qarabağ”ın qapısından keçirib. Beləliklə əsas vaxt “Braqa”nın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb və əlavə 30 dəqiqə oynanılıb. 102-ci dəqiqədə “Qarabağ” futbolçuları fərqlənməyə nail olublar. Marko Yankoviçin cərimə zərbəsi sonra Mateus Silva diqqət mərkəzinə düşüb. 
Əlavə olunan 2-ci hissədə “Qarabağ”ın qapısına penalti təyin olunub. Simon Banza yenə də ümumi hesabı bərabərləşdirib. Buna baxmayaraq ruhdan düşməyən komandamız sonda qələbəyə bərabər qol vurub. Nəriman Axundzadə matçın qəhrəmanına çevrilib. Ümumi nəticədə 6:5 hesabilə qalib gələn “Qarabağ” 1/8 finala yüksəlib. 

CANLI YAYIM