"Haas" yeni bolidini ictimaiyyətə təqdim etdi

10 Fevral, 10:25 Sosial mediada paylaşın:
Yeni mövsümə hazırlaşan Formula 1 komandaları ardıcıllıqla bolidlərini təqdim edir.
Amerika Birləşmiş Ştatlarını təmsil edən “Haas” komandası yarış avtomobilini ictimaiyyət qarşısına çıxarıb. Yeni bolid VF-24 indeksi ilə Qran-prilərdə iştirak edəcək. Silverstounda təşkil olunan mərasimdə Formula 1 həvəskarları “Haas”ın yarış maşınını trassda da izləyib. Sükan arxasında isə komandanın almaniyalı pilotu Niko Hyulkenberq əyləşib. Qeyd edək ki, ötən mövsümlə müqayisədə “Haas”ın heyətində heç bir dəyişiklik olmayıb. Hyulkenberqlə yanaşı yenə də Kevin Maqnussen də komandanın uğurları üçün çalışacaq. Buna baxmayaq, Amerika təmsilçisinin baş direktoru Günter Ştayner 10 illk fəaliyyətdən sonra vəzifəsini tərk edib. Onu bu postda baş mühəndis Ayao Komatsu əvəzləyəcək. Xatırladaq ki, ötən mövsüm “Haas” 10 komandalı çempionatda sonuncu yeri tutub “Ferrari” mühərriki ilə mübarizə aparan komanda 22 yarışın nəticəsinə görə 12 xal toplayıb. Xatırladaq ki, Formula 1-də yeni mövsüm martın 2-də Bəhreyn Qran-prisi ilə start götürəcək.

CANLI YAYIM