“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov komandanı tərk edə bilər.
Paytaxt klubu 2022-ci ilin yanvarından etibarən xidmətindən yararlandığı yarımmüdafiəçiyə yeni müqavilə təklif etsə də, futbolçu şərtlərlə razılaşmayıb. Millimizin üzvü daha çox pul istədiyinə görə danışıqlar yarımçıq qalıb. Əgər tərəflər razılığa gələ bilməsə İsrafilov “Neftçi”ni tərk edəcək. 32 yaşlı orta sahə oyunçusu 2014-cü ildə yığmamızın sıralarına cəlb olunub. "Nefçi"də 14 nömrəli formanı geyinən Eddinin hazırkı müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir.