Hemiltonun gedişindən sonra “Mersedes”də onun yerini tutacaq pilotun adına hələ aydınlıq gəlməsə də, bəzi mənbələr Almaniya komandasının hədəflərini müəyyənləşdirib.
Beynəlxalq mediada yayılan xəbərlərdə “Mersedes”in rəhbərliyi 4 qat dünya çempionu Sebastyan Fettelə dəvət göndərmək istəyir. Məsələ ondadır ki, almaniyalı pilot 2022-ci ildə karyerasını başa vurub. Buna baxmayaraq, Sebastyan dəfələrlə müsahibələrində geri qayıda biləcəyini istisna etməyib. Xatırladaq ki, Fettel 2010-2013-cü illərdə ardıcıl 4 dəfə “Red Bull”a dünya çempionu olub. Almaniyalı pilot 2015-20-ci illərdə “Ferrari”də çıxış etsə də, uğurlu nəticələr əldə edə bilməyib. O, karyerasını “Aston Martin”də başa vurub.