“Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiç Avropadan ayrılır.
Xorvatiyalı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubu ilə anlaşıb. 2020-ci ildə “Barselona”dan “Sevilya”ya qayıdan Rakitiç son vaxtlar Əndəlüs klubunda nadir hallarda meydana çıxır. Son 3 ildə təcrübəli yarımmüdafiəçi La Liqa təmsilçisinin heyətində keçirdiyi 121 oyunda 11 qol vurub. “Mançester Yunayted”in sabiq qapıçısı David De Xea da Rakitiçin komanda yoldaşı olacaq. İspaniyalı qapıçı “Əl-Şabab”a azad agent statusu ilə keçəcək. Qeyd edək ki, 33 yaşlı qapıçı mövsümün sonunda Mançesterdən ayrııldıqdan sonra klubsuz qalıb.