"Yuventus"un hücumçusu "Atletiko"da oynayacaq

30 Yanvar, 12:00 Sosial mediada paylaşın:
“Yuventus”un hücumçusu Moyze Kin karyerasını “Atletiko Madrid”də davam etdirəcək.
İspaniya təmsilçisi 23 yaşlı futbolçunu icarəyə götürüb. İspaniya mətbuatının məlumatına görə, madridlilər 6 aylıq anlaşmaya görə “Yuventus”a yarımmilyon avro ödəyəcək.  Bununla yanaşı, Kinin məvacibi də “Atletiko”nun üzərinə düşür. Xatırladaq ki, Moyze “Yuventus”un yetirməsidir. Onun İtaliya komandası ilə müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq. Cari mövsüm Kin Turin klubunun heyətində 18 oyun keçirib və heç bir məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

CANLI YAYIM