Xavi mövsümün sonuna qədər "Barselona"da qalacaq

26 Yanvar, 12:00 Sosial mediada paylaşın:
“Barselona” rəhbərliyi Xavinin klubdakı gələcəyi barədə yekun qərarını verib.
İspaniyanın “Sport” nəşrinin məlumatına görə 44 yaşlı mütəxəssis ən indiki mövsümün sonuna qədər Kataloniya klubuna rəhbərlik edəcək. Qeyd edək ki, hazırda La liqada 3-cü yerdə gedən “Barselona” 31 titulla rekordçu olduğu ölkə kubokunda “Atletik”ə uduzaraq mübarizəni dayandırıb. Xavinin komandasını UEFA Çempionlar liqasının 1/8 finalında İtaliya çempionu “Napoli”ylə oyunlar gözləyir.

CANLI YAYIM