İspaniya Kubokunda 1/4 finala Madriddə yekun vurulub. “Atletiko” doğma arenada “Sevilya”nı qəbul edib. Bu movsum ugursuz çıxış edən və La Liqada son 4 oyununda uduzaraq hazırda 17-ci yerdə olan “Sevilya” ölkə kubokunda da mubarizəni dayandırıb. 1-ci hissədə “Atletiko”nun hesabı açmaq üçün imkanı olub. Amma Antuan Qrizmann penaltidən yararlana bilməyib. Fasilədən sonra isə meydan sahibləri istəklərinə nail olublar. Memfis Depay qapını dəqiq nişan alıb. Beləliklə minimal hesablı qələbə qazanan “Atletiko Madrid” turnirin yarımfinalına yüksəlib.