"Neftçi"nin legioneri yayda klubu tərk edəcək

25 Yanvar, 15:07 Sosial mediada paylaşın:
Mövsümün sonunda “Neftçi”ni tərk edəcək ilk futbolçu müəyyənləşib.
Müdafiəçi Mark Tamaş yayda komandanı tərk edəcək. Mövsümün əvvəlində Rumıniyanın “Sepsi” klubundan transfer edilən 30 yaşlı mərkəz müdafiəçisi əsas heyətə düşməkdə çətinlik çəkir. Artıq klub rəhbərliyi də Tamaşın getmək istədiyini bilir və ona mane olmayacaq. Macarıstanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. “Adana Dəmirspor” onun xidmətində maraqlıdır. Qeyd edək ki, Mark Tamaşın “Neftçi” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

CANLI YAYIM