Bolqarıstanlı hücumçu "Turan Tovuz"dan ayrılıb

25 Yanvar, 12:20 Sosial mediada paylaşın:
"Turan Tovuz"  legionerlərindən biri ilə yollarını ayırıb.
Qərb bölgəsi təmsilçisi Martin Petkovla yollarını ayırıb. Bolqarıstanlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Martin Petkov mövsümün əvvəlində "Turan Tovuz"a keçmişdi. 21 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "Turan Tovuz" Sertan Taşkınla da yollarını ayırıb. 26 yaşlı sağ cinah müdafiəçisi Türkiyənin "Manisa" klubuna keçib.

CANLI YAYIM