Basketbol Liqasının 12-ci turunda “Xəzri” çempionatın orta pillələrində qərarlaşan komandalarından “Cəlilabad”ı qəbul edib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən “Xəzri” basketbolçuları üstünlüyünü hesabda da əks etdirib. Meydan sahibləri 100:81 hesablı qələbə qazanıblar. “Xəzri”nin üzvü Cordan Perkins 23 xal və 9 asistlə matçın ən məhsuldar basketbolçusu seçilib.
Turun ən maraqlı və gərin matçı lider “Sabah” və “Xırdalan” arasında olub. Qarşılaşmaya yaxşı başlayan qonaqlar ilk periodda 34-20 hesabı ilə irəli çıxıblar. “Sabah” ikinci hissədə fəallığı artırsa da, komanalar böyük fasiləyə “Xırdalan”ın 55:49 hesablı üstünlüyü ilə yollanıb. 3-cü hissədə meydan sahibləri hesabı xeyirlərinə dəyişiblər. Bununla belə onlar yekunda uğur qazana bilməyib. Əzmkar oyun nümayiş etdirən “Xırdalan” basketbolçuları 107:103 hesabı ilə qalib gəlb. 12 turdan sonra turnir cədvəlində iki hakimiyətlik yaranıb. 22 xalı olan “Sabah” və “Xəzri” ilk iki pilləni bölüşür. Bir oyun az keçirilən və 20 xalı olan “NTD İndiqo” isə 3-cü yerdədir. Qeyd edk ki, “NTD İndiqo” 12-ci turda yanvarın 26-da səfərdə “Gəncə” ilə üz-üzə gələcək.