İtaliya millisinin əfsanəvi hücumçusu vəfat etdi

23 Yanvar, 12:00 Sosial mediada paylaşın:
İtaliya millisinin əfsanəvi hücumçusu Luici Riva 79 yaşında vəfat edib.
Sabiq futbolçu Kalyaridəki evində qəfil ürəktutmasından huşunu itirib. O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb. Xatırladaq ki, Riva İtaliya millisinin heyətində 42 oyunda 35 qol vurub. Bu göstərici ilə o, “skuadra adzurra”nın hələ də ən məhsuldar oyunçusudur. Riva İtaliya millisinin heyətində 1968-ci ildə keçirilən Avropa çempionatının da qalibi olub. Luici həmçinin 1970-ci ildə Meksikada keçirilən dünya çempionatında gümüş medal əldə edib. Luici klub karyerasında yalnız ölkəsinin “Lenyano” və “Kalyari” klublarında oynayıb. Məhz onun liderliyi sayəsində “Kalyari” 1969/70 mövsümündə İtaliya çempionu olub ki, bu da Sardiniya klubunun tarixində ən böyük uğurdur.

CANLI YAYIM