"Napoli" inamlı qələbə sayəsində superkubokda finala yüksəldi

19 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İtaliya superkuboku yarışı başlanıb.
Yarımfinalın ilk matçında ölkə çempionu “Napoli” kubokun finalçısı “Fiorentina” ilə üz-üzə gəlib. 22-ci dəqiqədə Covanni Simeone Neapol klubuna üstünlük qazandırıb. Fasilə ərəfəsində “Fiorentina” tarazlığı bərpa etmək üçün əla fürsət qazansa da, Jonatan İkone penaltidən faydalana bilməyib. “Napoli”fasilədən sonra rəqibi daha 2 dəfə cəzalandırıb. 81-ci dəqiqədə meydana daxil olan Alessio Dzerbin 84 və 86-cı dəqiqələrdə fərqlənərək dubl edib. Beləliklə “Napoli” “Fiorentina”nı 3 cavabsız qolla məğlub edərək İtaliya superkubokunun finalına vəsiqə əldə edib. Komandanın həlledici qarşılaşmada rəqibi bu gün keçirilən “İnter” - “Latsio” oyununda müəyyənləşəcək. 

CANLI YAYIM