Asiya Kubokunda Qətər millisi ardıcıl 2-ci qələbəsini qazandı

18 Yanvar, 13:30 Sosial mediada paylaşın:
Qətərdə təşkil olunan Asiya kuboku turnirində qrup oyunları davam edir.
Yarışın ev sahibi bu dəfə Tacikistan yığması ilə qarşılaşib. Görüşün taleyini bir qol həll edib. 17 ci dəqiqədə Əkrəm Afifin vurduğu qol Qətər millisinə qələbə qazandırıb. A qrupunun digər oyununda Çin və Livan futbolçuları üz-üzə gəlib. Komandaların cəhdlərinə baxmayaraq görüşdə hesab açılmayıb. İki turdan sonra 6 xalı olan Qətər pley ofa cixisini təmin edib. Ardıcıl iki heç heçə edən Çin yığması ikinci pillədədir. Bir xalı olan Tacikistan və Livan müvafiq olaraq 3-4-cu yerləri bölüşür.

CANLI YAYIM