Ülvi Qənizadə Zaqrebdə qızıl medal qazandı

15 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Xorvatiyada güləş üzrə reytinq turniri Zaqreb Open yekunalaşıb. Yarışın son günündə 6 yunan-Roma güləşçimiz mübarizə aparır.
Onlardan 72 kq-da çıxış edənÜlvü Qənizadə  fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl 4 rəqibinə qalib gələrək, qızıl medala  layiq görülüb. Digər təmsilçilərimiz Nihat Məmmədli, Murad Əhmədiyev, Murat Lokyayev, Beka Kandelaki və Sabah Şəriəti  isə mükafatlardan kənarda qalıb. Beləliklə komandamız Zaqrebi 2 qızıl 5 bürünc olmaqla ümumilikdə 7 medalla tərk edib. Xatırladaq ki,  daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov qızıl, Həsrət Cəfərov  və sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov  və Cəbrayıl Qadjiyev , həmçinin qadın güləşçimiz Alyona Kolesnik bürünc mükafata yiyələniblər.

CANLI YAYIM