Sərbəst güləş millimiz Avropa çempionatını 3-cü yerdə tamamladı

19 Fevral, 13:00 Sosial mediada paylaşın:
Rumıniyanln paytaxtı Buxarestdə isə güləşçilərin Avropa çempionatına yekun vurulub. Qitə yarışının sonuncu 7-ci günündə sərbəst güləşçilərimizdən 4-ü medal qazanlb. Nürəddin Novruzov 61, Turan Bayramov 74, Arseniy Cioyev 86, Georgi Meşvildişvili 125 kq-da bürünc medala yiyələnib. 
Bu nəticələrlə sərbəst güləş üzrə kollektivimiz 1 gümüş, 6 bürünc mükafatla  komanda hesablnda Türkiyə və Gürcüstan seçmələrindən sonra 3-cü olub. 
Ümumi nəticələrə gəlincə, millimiz  Avropa çempionatını 16 medalla başa vurub. Bu mükafatlardan 5-i qızıl, 3-ü gümüş, 8-i bürünc əyarlıdır.

CANLI YAYIM