Gənc güləşçilərimiz beynəlxalq yarışda 10 medal qazanıb

19 Mart, 11:00 Sosial mediada paylaşın:
Gənc güləşçilərimiz Antalyada keçirilən beynəlxalq turnirdə ölkəmizi uğurla təmsil ediblər.  “Çempionlar” turnirində U-20 yaş qrupu üzrə sərbəst və qadın güləşçilər mübarizə aparıblar. Sərbəst güləş yarşlarında komandamızın üzvləri 2 gümüş və  4 bürünc medal qazanıb. Yığmamız turnirdə böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında çıxış edib. Geüləşçilərimizdən Musa Verdiyev və Sadiq Mustafazadə gümüş medala sahib olub. Ruslan Abdullayev, Ramik Heybətov, Anar Cəfərli və Yusif Dursunov mübarizəni bürünc mükafatla başa vurub. Bununla da yığmamız komanda hesabında 3-cü yeri tutub.
Qadınların yarışında isə idmançılarımızın nəticələri daha yaxşı olub. Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında millimiz 2 üzvü qızıl, 2-si isə bürünc medala sahib olub. Əsmər Cankurtaran və Ruzanna Məmmədova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünü ən yüksək pilləsinə qalxıb. Elvina Kərimzadə və Nərgiz Səmədova bürünc medal əldə edib. Bu komandamız da yekunda 3-cü olub. “Çempionlar” turnirində Azərbaycanın beynəlxalq dərəcəli hakimi Sevinc Yusibova görüşləri idarə edib.  

CANLI YAYIM