Mariya Stadnik və Alyona Kolesnik Avropa çempionatında qızıl medal qazandı

16 Fevral, 12:10 Sosial mediada paylaşın:
Rumıniyanın paytaxtı Buxarestdə güləşçilərin Avropa çempionatı davam edir.
Qitə yarışının 4-cü günü qadın güləşçilərimizdən ikisi qızıl medal qazanıb. Millimizin lideri Mariya Stadnik 50 kq çəkidə həlledici qarşılaşmada türkiyəli rəqibinə tam üstünlüklə qalib gələrək 10-cu dəfə Avropa çempionluğu sevinci yaşayıb. 59 kq-da isə Alyona Kolesnik həlledici görüşə çıxıb. İdmançımız ukraynalı güləşçiylə qarşılaşıb. Kolesnik daha gərgin mübarizədə rəqibindən üstün olaraq Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla təmsilçimiz karyerasında ilk dəfə qitə çempionu olub. Bu gün qadın idmançılarımızdan daha 3-ü mükafat qazana bilər. 65 kq-da mübarizə aparan Elis Manolova bürünc medal uğrunda görüşə çıxacaq. Jalə Əliyeva 57, Birgül Soltanova isə 62 kq-da təsəlliverici qarşılaşmalarda uğur qazanmağa çalışacaq. Xatırladaq ki, millimizin hesabında ümumən 8 mükafat var. Bu medallardan 5-i qızıl, 2-si gümüş, 1-i bürünc əyyarlıdır.

CANLI YAYIM